Toyota 2040-cı ilin avtomobilini nümayiş etdirib
Toyota şirkəti oktyabr ayının sonunda işinə başlayacaq Tokyo avtosalonunda dördüncü səviyyə avtopilot və Yui adlanan süni intellekt sistemi ilə təchiz edilmiş LQ konsept avtomobilini nümayiş etdirəcəkdir. Bu konsept 2017-ci ildə Las Veqada keçirilmiş istehlak elektronikası sərgisində (CES) nümayiş etdirilmiş Concept-i modelinin daha müasir versiyasıdır.
Concept-i modelindən fərqli olaraq, LQ konsepti yan güzgülərə, dörd tamölçülü qapıya, şüşəsilənlərə və elektrik yükləmə nöqtəsinə malikdir. Dördüncü səviyyəli avtopilot sürücünü daima yola nəzarət etməkdən azad edəcəkdir. Sürücü uzanıb yata və yaxud kreslonu tərk edə bilər. Konseptin təchizatına park yerini aşkarlayaraq oraya yollanmağa, gərək olduqda isə geri qayıtmağa imkan verən Valet Parking System funskiyası da daxil edilibdir. Bundan başqa, LQ modelini daha geniş imkanlara malik olan Yui süni intellekti ilə təchiz ediblər.
Toyota nümayəndələrinin sözlərinə görə, Yui avtomobili sürücünün tələblərinə uyğunlaşdıra bilər. Süni intellekt səyahətlər zamanı avtomobil sahibinin davranışını, ovqat və üstünlük verdiklərini, sürüş üslubunu və maraqlarını təhlil edəcəkdir. Yui sürücü və sərnişinlər ilə səsin və işıq siqnalları vasitəsi ilə ünsiyyət quracaqdır.
Bundan başqa, avtomobil sürücünü gümrahlandıracaq və ya rahatladacaq “ağıllı” oturacaqlara sahib olacaqdır. Sistem bir neçə üfürülən balonlardan və havalandırma sistemindən ibarətdir. Sistem sürücünün yorulduğunu aşkar edərsə şaquli vəziyyəti dəstəkləmək üçün oturacağın kürək hissindəki balonu şişirdəcək, eyi zamanda kondisioneri qoşaraq soyuq havanı ona sarı yonəldəcəkdir.
Avtomobilin avtonom rejimində hərəkəti zamanı sürcünün rahatlaması üçün balon üfürdülüb-boşaldılacaqdır. Eyni zamanda salondakı temperatur insanı dincəlməyə kökləmək üçün artıralacaqdır.
Konsept ətrafda baş verənlər haqqında sürücü və sərnişinləri məlumatlandıra bilər. Bundan başqa, LQ avtomobildən kənarda duran insanlar ilə də ünsiyyət qurmağa qadirdir. Əlavə olaraq, Toyota mühəndisləri avtomobili rəqəmsal mirkogüzgülü qurğu (Digital Micromirror Device) ilə təchiz ediblər ki, bu sistem də avtomobil ön tərəfindəki yola mürəkkəb fiqurları proyeksiya edə bilər.
Konseptin daha bir xüsusiyyəti havanı təmizləyən örtük-katalizatordur. Toyota mütəxəssislərinin hesablamalarına görə, avtomobil bir saat ərizndə 1000 litrlik havada olan azonun 60 faizini təmizləyə bilər. Bu texnologiyanın sınaqdan uğurla keçməsi halında, örtük seriya kommersiya avtomobillərində istifadə ediləcəkdir.
Toyota gələn ilin iyun-sentyabr aylarında Toyota Yui Projects Tours 2020 kütləvi test-drayvlarını təşkil etməyi planlaşdırır.
©Autograph.az