Sosial iqtisadiyyat

Azərbaycan “Stadler Rail Group”dan daha 2 sürət qatarı alır

Bu ilin sonuna qədər “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkətindən daha 2 sürət elektrik qatarı alacaq.

ENA.az xəbər verir ki, bu barədə qurumun sədri Cavid Qurbanov məlumat verib.

Sədr İsveçrə qatarlarının MDB ölkələrində istehsal olunan qatarlarla müqayisədə kəskin baha alınmasına da münasibət bildirib: “Stadler” qatarlarını Rusiya və Belarus qatarları ilə eyniləşdirmək olmaz. İsveçrə qatarlarında 40 ədəd səsboğucu var, halbuki, Rusiya qatarlarında ondan cəmi 2 ədəd olur”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department