Elm və Texnologiya

“Instagram” vasitəsilə mesajlaşma artıq kompüterdə – FOTO

Şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkə “Instagram” kompüter başında daha çox vaxt keçirən istifadəçiləri üçün yenilik edir.

Xarici KİV-ə istinadən xəbər verilir ki, artıq “Instagram” üzərindən mesajlaşma (direct message) kompüter və noutbuklarda da mümkün olacaq.

Belə ki, əməliyyatlar üzrə analitik Ceyn Mençun Vonqun “Twitter” hesabından etdiyi paylaşımlarda mesajlaşma funksiyası üzərində çalışmaların getdiyi üzə çıxıb. Görüntülərdən məlum olur ki, kompüter vasitəsilə birbaşa mesajlaşma “Facebook Messenger” ilə oxşarlıq təşkil edir.

Jane Manchun Wong@wongmjane
Instagram is working on Direct for the desktop website
Resmi Twitter'da görüntüle

Qeyd edək ki, funksiyanın tezliklə aktiv olacağı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)