Elm və Texnologiya

“İnstagram”da daha bir - YENİLİK

 Instagram fotoservisi Group Story fuksiyasını test etməyə başlayıb. Həmin Stories paylaşımlarını isə istifadəçi tərəfindən seçilmiş abunəçilər görə biləcəklər. Bu barədə The Next Web saytı xəbər verib. Məşhur tərtibatçı olan Jane Manchun Wong sözügedən yeni funksiyanı Instagram-ın beta versiyalarından birində aşkar edib.

 Onun tərəfindən təqdim edilmiş fotodan da görmək olar ki, hansısa fotonu və ya videonu story-də yerləşdirməmişdən öncə həmin paylaşımı görəcək istifadəçiləri seçmək olar: Bütün istifadəçilər, yaxın dostlar və ya ayrıca abunəçilər qrupuna daxil olan istifadəçilər. Bu cür qruplardan bir neçəsini yaratmaq mümkündür.

 

 Sözügedən yeni funksiya müxtəlif maraqlar üzrə ayrılmış abunəçilərə sahib istifadəçilər üçün faydalı olacaq. Bu vasitə ilə həmin istifadəçilər konkret insanlara maraqlı olacaq Stories paylaşımlarını göstərə biləcəklər. Qey etmək lazımdır ki, Facebook-da da bu cür funksiya 2018-ci ilin dekabr ayında işə salınmışdı. Lakin keçən ay həmin funksiya Facebook-da aradan qaldırıldı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)