Azərbaycandan ən çox məhsul alan - ÖLKƏLƏR
2019-cu ilin yanvar-avqust ayları ərzində ölkəmizin ixracı 13,5 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda qeyd edilib ki, ötən ilin müvafiq dövrünə nisbətən ixrac 633 milyon ABŞ dolları və ya 5 faiz artıb.
Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 277 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac 184 milyon ABŞ dolları və ya 17 faiz artıb. Bu ilin yanvar-avqust ayları ərzində Rusiyaya 427,1 milyon, Türkiyəyə 278,6 milyon, İsveçrəyə 111,5 milyon, Gürcüstana 110,4 milyon və İtaliyaya 33,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında Rusiyaya qeyri-neft ixracı 14 faiz, Türkiyəyə 12 faiz, İsveçrəyə 21 faiz, Gürcüstana 25 faiz və İtaliyaya 2,4 dəfə artıb. Eyni zamanda, qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (33,4 faiz), Türkiyəyə (21,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (8,7 faiz) və İtaliyaya (2,6 faiz) göndərilən malların payı üstünlük təşkil edib.