Azərbaycanda aqrar sənaye parkı yaradılacaq
Azərbaycanda aqrar sənaye parkının yaradılması planlaşdırılır.
Bu barədə sentyabrın 27-də jurnalistlərə müsahibəsində İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
O qeyd edib ki, artıq qiymətləndirmə işləri aparılıb, potensial iştirakçılarla görüşlər keçirilib: “Çin şirkətləri də bu məsələdə maraqlıdırlar. İkitərəfli görüşlərdə aqrar sənaye parkı ilə bağlı müzakirələr aparılıb. Xarici və yerli şirkətlər daxil olmaqla investisiyaların ümumi həcminin yüz milyonlarla dollar təşkil edəcəyi gözlənilir”.