BİZNES

Azərbaycana 7 xarici ölkədən alıcı missiyaları gələcək

Bu ilin oktyabrın 20-25 tarixlərində Rusiya, Gürcüstan, Özbəkistan, İrandan Azərbaycana alıcı missiyaları gələcək.

Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

O vurğulayıb ki, alıcı missiyalara qida məhsulları sahədə fəaliyyət göstərən idxalçılar daxil olacaq.

"Bununla yanaşı, noyabrda Avropa ölkələrindən - Almaniya, Polşa, Xorvatiyadan alıcı missiyaların səfəri gözlənilir", - deyə Y.Abdullayev bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)