ENA+

Günün açıqlaması: Dolları maliyyə əməliyyatlarından çıxartdıq

Dollar, İranın Rusiya və Türkiyə ilə apardığı maliyyə əməliyyatlarında dövriyyədən çıxarıldı.

İran Mərkəzi Bankının sədri bu günkü açıqlamasında “İndi Rusiya ilə aparılan bütün ödəmələr, iki ölkənin milli valyutalar ilə həyata keçiriləcək. Türkiyə ilə ticarətin 30-40 faizi milli valyutalarla, qalanı isə avro ilə olacaq.

ENA.az IRNA agentliyinə istinadən xəbər verir ki, İran Mərkəzi Bankının sədri Abdünnasır Himmeti “Bu ölkələrlə artıq dollarla ticarət etmirik. Avronu isə həqiqətən bir vasitə olaraq görürük, bu səbəblə iki ölkənin milli valyutaları dalğalanırsa, qarşı tərəf zərər görməyəcək”, söyləyib.

Bankirin fikrincə, bu dolların mərhələli şəkildə ticarətdən kənarda qalmasına səbəb olacaq. “Bir çox ölkə ABŞ-ın ticarəti nəzarətdə saxlamaması üçün milli valyutalarla əməliyyatları aparmağa hazırdır”, deyə Abdünnasır Himmeti vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department