10 ən bahalı şəxsi təyyarə kimlərə məxsusdur?
Dünyanın ən bahalı şəxsi təyyarələrin reytinqi dərc olunub. Siyahının ilk pilləsinə ABŞ hökumətinə məxsus və qiyməti 660 mln. dollar olan “Air Force One” avialayneri layiq görülüb.
ENA.az “Vesti.ru”ya istinadən xəbər verir ki, tutumu 100 sərnişin və 26 ekipaj üzvü olan bu təyyarənin göyərtəsində hospital və kinoteatr mövcuddur. Təyyarə bir neçə mərtəbədən ibarətdir və ən müasir və mürəkkəb texnologiyalar ilə təchiz olunub. Layner o qədər möhkəm materiallardan hazırlanıb ki, hətta meteoritlə toqquşmaya, zəlzələyə və nüvə müharibəsinə tab gətirə bilər.
Dünyanın ən bahalı şəxsi təyyarələrin reytinqi:
# |
Təyyarə |
Qiymət, mln. dollar |
Mülkiyyətçi |
1 |
Air Force One |
660 |
ABŞ hökuməti |
2 |
Boeing 747 |
617 |
Anonim milyarder |
3 |
Airbus A380 Custom |
500 |
Səudiyyə Ərəbistanını şahzadəsi Əl Valid bin Talal |
4 |
Boeing 747-8 Intercontinental BBJ |
403 |
– |
5 |
Airbus A340-300 |
350 |
Rusiyalı milyarder Alişer Usmanov |
6 |
Boeing 747-430 |
233 |
Bruney sultanı |
7 |
Boeing 787-8 BBJ |
224 |
– |
8 |
Boeing 767-33A (ER) |
170 |
Rusiyalı milyarder Roman Abramoviç |
9 |
Boeing 747-81 VIP |
153 |
Honkonqun daşınmaz əmlak maqnatı Jozef Lau |
10 |
Gulfstream III |
125 |
Amerikalı prodüser, rejissor və aktyor Tayler Perri |