Avtomobil

Ford 322 min avtomobilini geri çağırdı - YANĞIN TƏHLÜKƏSİ VAR

Ford, dünyada 322.000 nəqliyyat vasitəsinin batareyalarında aşkar edilmiş bir nasazlıq səbəbiylə texniki müayinə üçün geri çağırdı.

ENA.az xəbər verir ki, Almaniyadakı Federal Avtomobil Agentliyi (KBA), batareyadan turşunun sızmasının mühərrikdə yanğına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ford Galaxy, S-Max və Mondeo modellərinə aid edilən şərhdə batareyalardan turşu sızması, həddindən artıq istiliyə və daha yüksək gərginlikli elektrik keçiriciliyinə səbəb ola biləcəyi, mühərrik komponentlərinin nəqliyyat vasitələrində yanğınla nəticələnməsi mümkünlüyü qeyd edilib.Yanğın təhlükəsi park edilən avtomobillərdə mümkündür.

Çağırılan modellər 13 Fevral 2014 - 11 Fevral 2019 arasında İspaniyanın Valensiya şəhərindəki Ford zavodunda istehsal edilib.

Xatırladaq ki, alman avtomobil istehsalçıları BMW və Mercedes də bu yaxınlarda texniki nasazlıqlar səbəbiylə çox sayda nəqliyyat vasitəsini geri çağırdı. BMW, dünyanın dörd bir tərəfindəki 560 min avtomobili baqajdakı elektrik nöqsanı üzündən istifadədən yığmışdı. Mercedes isə bu yaxınlarda 2012-2015 illəri arasında buraxdığı avtomobilləri hava buraxılan tullantıların normadan çox olması səbəbiylə 60 min minik vasitəsini geri çağırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department