Yaşayış xərclərinə görə Avropa İttifaqının ən ucuz və ən bahalı ölkəsinin adı - AÇIQLANDI
Avropa İttifaqında (Aİ) yaşayış xərclərinə görə ən bahalı ölkə Danimarkadır. Burada qiymətlərin səviyyəsi ittifaqda ümumi göstəricidən 37,9 faiz çoxdur. Lüksemburqda qiymətlər 27 faiz çox, Fransa, Avstriya, Belçika və Hollandiyada isə 10 faiz ümumi orta göstəricidən yüksəkdir.
Bolqarıstan isə Avropa İttifaqının ən ucuz ölkəsidir. Burada yaşayış xərcləri Aİ-nin digər ölkələrindən yarım dəfə ucuzdur. Polşa və Çexiyada da yaşamaq o qədər də baha deyil. Xorvatiya, Rumıniya, Latviyada isə yaşayış xərcləri bir qədər Bolqarıstandan yüksəkdir. Almaniya Avropa İttifaqının ən varlı ölkələrindən biridir. Bolqarıstan, Polşa və Yunanıstan isə istirahət üçün ən ucuz ölkələrdir.