Vakansiyalar

Novas Home işçi axtarır - MAAŞ 1500 MANAT

Mağaza direktoru

Vəzifələr:

• Mağazanın effektiv işinin təşkili
• Personalla iş, müştərilərə müəyyən olunmuş standartlara uyğun xidmətin təşkili
• Satış hədəflərinin yerinə yetirilməsinə nəzarət
• Görülən işin hesabatı
• Malların qəbulu və iadəsinin təşkili
• Malların çeşidinə və keyfiyyətinə nəzarət
• Satış zalında malların merçendayzinq standartlarına uyğun yığılmasını təşkil etmək 

• Daxili inventarlaşmanın aparılması

Tələblər:

• Uyğun ali və ya orta ixtisas təhsili
• Yaş  30 – 35
• Azərbaycan dilini mükəmməl bilməlidir. İngilis və rus dili bilgiləri arzu olunandır
• Mağaza müdiri və ya müdir müavini vəzifələrində 1 il iş təcrübəsi
• Ünsiyyət qurmaq, idarəetmə və komandada işləmək qabiliyyəti
• Təşkilatçılıq və liderlik bacarıqları
• MS office proqramları sərbəst bilməli                                                                                  
• Satış texnikası və pərakəndə satış haqqında məlumatlılıq
• Kreativlik, Dürüstlük, Tələbkarlıq, Müştəri yönümlülük, Dəqiqlik kimi əsas vacarıqlar

Şirkətin öhdəlikləri:

•  Aylıq əmək haqqı – 1500 manat
•  Korporativ treyninqlərin təşkili
•  Altı günlük iş həftəsi
•  Şirkətdaxili karyera inkişafı
•  Ödənişli məzuniyyət
•  Naharla təmin olunma

Vakansiyaya müraciət üçün CV-ləri “Mağaza Direktoru” mövzusu ilə hr@bizimmarket.az  e-mail ünvanına göndərməyiniz və ya 077-270-99-08 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur. Qəbul olunan e-mail sayı çox olduğu üçün başlıqsız göndərilən e-maillərə baxılmayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department