Sosial iqtisadiyyat

"Artıq müəyyən hissəsi Bakıdadır, 20-si18 metrlik olacaq"

Avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətirilməkdədir. 

ENA.az xəbər verir ki, bu, Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Artıq avtobusların müəyyən hissəsi Bakı şəhərindədir. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq",- Agentliyin məlumatında deyilir.

Qeyd edək ki, 300 avtobus Türkiyənin "BMC Otomotiv və Sanayi Ticaret A.Ş" şirkətindən alınıb.

Ötən ilin Noyabr ayında Bakı Nəqliyyat Agentliyi (BNA) "BMC Otomotiv və Sanayi Ticaret A.Ş" şirkəti ilə 300 ədəd avtobusun alınması üçün 141 milyon 801 min 180 manat məbləğində müqavilə bağlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)