Giriş qadağandır! - Xaricdə avtomobil sıxlığı ilə necə mübarizə aparılır?
Meqapolis hakimiyyətləri avtomobillərə müharibə elan edib və onları radikal üsullarla sıradan çıxarmaq istəyir. Belə bir təcrübə nə qədər effektivdir?
ENA.az Rusiyanın “Arqumentı i faktı” nəşrinə istinadən sizə ayrı-ayrı ölkələrin sözügedən problemlə bağlı atdığı addımları təqdim edir:
Çində avtomobil sahibi olmaq getdikcə imtiyaz sayılmır. Daxili bazarda hər il 20 milyondan çox avtomobil satılır və bu rəqəmin gələcək 10 il ərzində iki dəfə artmaq perspektivi də var. Təbii ki, şəhərlərin infrastrukturu avtomobilləşmə ilə ayaqlaşa bilmir və Çinin çoxmilyonluq şəhərlərindəki tıxaclar artıq dünya rekordları qırır. Onlarla bərabər küçələri tüstü boğur. Təəccüblü deyil ki, hakimiyyət radikal ölçülərə əl atıb.
Maşın almaq – bu, lotereyadır
“Əvvəlcə maşınların mərkəzə daxil olmasına dair qadağalar tətbiq edilir. Məsələn, Çində digər əyalət sakinləri Şanxaydan yalnız sürətli magistrallardan istifadə edərək keçə bilər. Yaşayış rayonlarına digər şəhərlərdən gələn maşınlar daxil ola bilmir”, - avtomobil eskperti Aleksandr Pikulenko danışır. – Şanxay və ya Pekinin sakinləri üçün isə digər şəhərlərlə bağlı qadağalar tətbiq edilib.
Şərti olaraq, əgər nömrənin sonuncu rəqəmi cüt deyilsə, maşın şəhərdə çərşənbə axşamı, cümə axşamı və ya şənbə günü görünə bilməz. Əgər sonuncu rəqəm cüt rəqəmdirsə, qadağa bazar ertəsi, çərşənbə və cümə gününə tətbiq edilir”.
Bu cür üsullar 2008-ci ildə Çində keçirilən Olimpiada zamanı tətbiq edilmişdi, amma sonradan daimi qaldı, həmçinin, digər meqapolislərdə də.
Analoji üsul tək Çində deyil, həm də Monqolustan, Yunanıstan və digər ölkələrdə də tətbiq edilir. Təbii ki, insanlar qadağadan yan keçmək istəyirdilər. Bir çox sakinlər ikinci maşın alır və ondan bir gündən bir istifadə edirmiş. Eyni hal Afina da təkrarlandı. Orada şəhər sakinlərinin 44%-i iki avtomobilə, 17%-i isə üç avtomobilə sahibdir. Bu mənzərə Monqolustanda da müşahidə olunur.
Çin hakimiyyəti bu kələyə özünəməxsus şəkildə reaksiya verdi və meqapolis sakinlərinin avtomobil almalarını məhdudlaşdırmağa başladı. “Orada qeydiyyat nişanı almaq üçün lotereya keçirilir”, - avtomobil eksperti İqor Morjaretto danışır. – Kiçik rüsum ödənilir və il ərzində tablo oynanılır. Əgər bəxtin gətirsə, ondan sonra maşın ala bilərsən”.
Avtomobillərdən “boğulan” Sinqapurda daha kəskin addımlar atılır. Orada maşın almaq üçün kvotalarla ticarət aparılır. Orta qiymət təxminən 8000 dollara yaxındır. Üstəlik, Sinqapurda maşınların idxalına yüksək rüsum tətbiq edilir – bu, şəxsi nəqliyyat üçün idxal edilən avtomobilin qiymətinin 41%-ni təşkil edir. Bundan əlavə, onu qeydiyyata salmaq üçün avtomobilin bazar qiymətindən 140% məbləğində vergi ödəmək lazımdır. Ona görə də balaca ölkədə şəxsi nəqliyyata sahib olmaq çox baha başa gəlir. Hər kəs motosiklet və ya mopedlərdən istifadə edir.
Ekoloji rayonlar
Avtomobillərlə mübarizədə ən maraqlı Avropa üsullarından biri Londonda tətbiq edilir. Orada tarixi mərkəzə giriş ödənişlidir və təxminən 8 funt sterlinq təşkil edir. Üstəlik, pik saatlarda qiymət qalxır. Bundan əlavə, mərkəzə girişdə işıqforlar qat-qat kiçik vaxt kəsiyi ilə çalışır, nəinki çıxış üçün. Nəticədə minik avtomobilləri üçün mərkəzə düşmək oradan çıxmaqdan daha çətin olur. Orada avtomobillər üçün parkinq də yoxdur.
Bundan əlavə, şəhərin bəzi rayonlarının ekoloji məhdudiyyətləri də var. Belə ki, “çirkli maşın” sahibləri girişdə gündəlik 12 funt sterlinqlərindən keçməli olur. Ödənişsiz yalnız elektromobillər daxil ola bilər.
Elektromobillər trendi Asiya ölkələrində də var. Çində “yaşıl” avtomobil və yaşıl nömrə alan vətəndaşlara bölgə nömrə nişanları ilə belə şəhərə girmək icazəsi verilir. Monqolustan da bu cür icazə tətbiq edilib.
Vətəndaşlar əsasən Yaponiyadan istifadə olunmuş hibrid avtomobillər alır. Elektromühərriklə akkumlyator çıxarılır və onlar modernləşdirilmiş “Prius”larda gəzir.
İctimai nəqliyyat
Lakin maşını şəhərə sadəcə buraxmamaq – çıxış yolu deyil. Vətəndaşlara alternativ nəqliyyat vermək lazımdır. Fransanın Bordo hakimiyyəti şəhərin ekoloji təmiz mərkəzinə giriş qadağası ilə bərabər, parkinqlərdə sürücülərə pulsuz tramvay bileti verir. Tramvay xətlərinin genişləndirilməsi minik avtomobillərinin sayını 5-7% aşağı salmağa imkan yaradıb. Pulsuz tramvay Tallin və İspaniyanın Sevilya şəhərlərində də var.
“Moskvada ödənişli parkinqlərin istifadəyə verilməsi və dayanmaq üçün nəzərdə tutulan yerlərin azaldılması sayəsində avtomobil sayının 1,5-2% azalması müşahidə olunur”, - Aleksandr Pikulenko davam edir. – Mərkəz sakinləri karşerinqə keçir və eyni zamanda, taksilərin sayı artır. Hazırda onların sayı 40 minə yaxındır və əlavə 30 min karşerinq avtomobilinin xətdə buraxılması ilə paytaxt mərkəzinin sakinlərinin avtomobil ehtiyacları ödəniləcək”.