Sosial iqtisadiyyat

Sabahdan havanın tempraturu kəskin aşağı düşəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişiləcəyi barədə xəbərdarlıq yayıb. 

Nazirlikdən "ENA"ya verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra sentyabrın 21-i səhərdən Mərkəzi Rusiyadan hərəkət edən soyuq atmosfer cərəyanlarının ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişiləcəyi, əlverişsiz keçəcəyi, havanın temperaturun ötən günlə müqayisədə 8-10 dərəcə aşağı enəcəyi gözlənilir. 

Qeyd edək ki, son günlərdə havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək idi.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, sentyabrın 21-i səhər saatlarıdan başlayaraq şimal-qərb küləyinin 18-23 m/s olacaq, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir, gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Güclü küləyin sentyabrın 22-i səhərədək davam edəcəyi gözlənilir. Sentyabrın 21-i axşama doğru, 22-i gecə və səhər yağış yağaçağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında sentyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yağışın yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir, sentyabrın 21-də isə bəzi Kür vadisi rayonlarda arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department