Sosial iqtisadiyyat

Avqust ayı üzrə ƏDV-dən daxil olmalar ölkə tarixinin - REKORDUNU VURUB

Azərbaycanda dövlət büdcəsində ƏDV üzrə daxil olmalar təkcə cari ilin avqust ayında 272,30 mln. manat olub. Bu 2019-cu il üzrə, hətta ölkə tarixində aylar üzrə hesablamada ən böyük göstəricinin olması deməkdir.

ENA.az xəbər verir. Bu barədə Dövlət Gömrük Komitəsinin statistik göstəricilərində məlumat verilir.

Buna qədər ay üzrə ən böyük rəqəm cari ilin iyul ayında qeydə alınmışdı – 269,04 mln. manatla. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)