"Nissan"ın başçısı istefa verdi
Yaponiyanın "Nissan Motor" avtomobil korporasiyasının rəhbəri Xiroto Saikava istefa verib. ENA.az xəbər verir ki, məlumatına görə, onu bu postda müvəqqəti olaraq 63 yaşlı Yasuxiro Yamauti əvəz edəcək.
Qeyd edək ki, bu Yaponiya şirkətində problemlər artıq 2018-ci ildə sabiq başçı Karlos Qonanın maliyyə fırıldaqları və vergilərdən yayınmada ittiham olunmasından sonra başlayıb. Hazırda o, ev dustağıdır.
"Nissan"ın yeni müvəqqəti başçısının üzərinə avtomobil bazarında rəqiblər qarşısında zəifləmiş mövqelərini yüksəltmək kimi ağır iş düşür.