Qeyri-Bank

Azərbaycanda 6 BOKT-un aktivləri 10 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 45 bank olmayan kredit təşkilatından (BOKT) 3-ü mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.

ENA.az xəbər verir ki, bunlar "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services"dir.

2017-2018-ci illərdə fəaliyyət göstərmiş 42 BOKT-dan isə 6-sı - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" illik maliyyə hesabatını açıqlamayıb. Hesabat vermiş qalan 36 BOKT-dan 6-nın aktivləri 10 milyon manatdan çoxdur. Bunlar "Aqrarkredit" (13 517,247 milyon manat), "Para" (71,75 milyon manat), "Embafinans" (29,645 milyon manat), "Finoko" (23,665 milyon manat), "TBC Kredit" (23,547 milyon manat) və "Molbulak"dır (16,185 milyon manat). 22 BOKT-un aktivləri 1-10 milyon manat arasında, 8 BOKT-un aktivləri isə 1 milyon manatdan azdır.

***

36 BOKT-dan 17-si ötən il aktivlərini artırıb. Bunlar "Kəpəz", "Effektinvest", "Finex Kredit", "Finoko", "International", "PSG Kapital", "Molbulak", "Avrasiya-Kredit", "Embafinans", "Merkuri", "Finans İnvest", "Kredex", "İcraçı Kredit Agentliyi", "Qafqaz Kredit", "Azinvestkredit", "İdeal Kredit" və "Kredaqro"dur. Ən yüksək dinamika "Kəpəz"də (5,3 dəfə), ən aşağı dinamika isə "Kredaqro"da (0,3%) qeydə alınıb.

Qalan 19 BOKT-un isə aktivləri azalıb. Ən çox azalma "TCF"də (84,3%), ən az azalma isə "Kredit Servis"də (0,1%) qeydə alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)