Sosial iqtisadiyyat

Qayda pozan piyadaları kimin cərimələyəcəyi məlum oldu - RƏSMİ AÇIQLAMA

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, paytaxtın küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən, bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinə verilən səlahiyyətlərə xitam verilib. 

ENA.az xəbər verir ki, qərar müzakirələrə səbəb olub.

Belə ki, bəzi insanlar bu qərarı piyadaların cərimələnməsinin ləğv edilməsi kimi anlayıb. 

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovla bildirib ki, imzalanan əmr yalnız post-potrul xidmətinin piyadaları cərimələməsinə aiddir:

“Ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədilə polis idarələrinin post-patrul xidməti əməkdaşlarına yol-patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilib.

Daha bu işi post-patrul xidmətinin əməkdaşları deyil, Baş Dövlət Yol Polis İdarəsinin yol-patrul xidmətinin əməkdaşları həyata keçirəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)