İşləyənlərin adı vahid bazaya salınacaq
Qeyri-formal məşğulluğun qarşısını almaq üçün xüsusi tədbirlər görülür.
ENA.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin sözlərinə görə, dövlət satınalmaları, tibbi sığortanın tətbiqində işçinin rəsmiləşdirilməsi ilə bağlı müddəalar mövcuddur. Bu sahəyə nəzarəti artırmaq üçün əlavə tədbirlər planı da hazırlanıb.
A.Əliyev bildirdi ki, ilin sonunadək Azərbaycanda məşğul şəxslərin vahid reyestri yaradılacaq. "Son 9 ayda əmək müqaviləsinin sayında 112 min artım var və bunun 82 faizi qeyri-dövlət sektorunun payına düşür, deyə A.Əliyev bildirib.