Bir ölkə sakininin orta aylıq xərclədiyi pulun məbləği açıqlandı
2019-cu ilin yanvar-avqust aylarında ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 154,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.
ENA.az statistik məlumatlara istinadən xəbər verir ki, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,8 manat çox olub.
Eyni zamanda, 2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9 faiz üstələyərək, 24,2 milyard manata bərabər olub.
Ticarət dövriyyəsinin 12,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılan məhsulların dəyəri 2018-ci ilin yanvar-avqust aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6 faiz və 3,2 faiz artıb.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub: