Bakının ən böyük ticarət mərkəzində oğurluq olub

Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində yerləşən geyim dükanından oğurluq olub.
“Bİ” xəbər verir ki, ticarət mərkəzindəki “United Color of Benetton” geyim dükanının kassasından 40 min manat pul oğurlanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, “Gənclik Mall” Bakının ən böyük ticarət mərkəzidir.