TURİZM

Azərbaycana turist axını 8%-dən çox artıb

Bu ilin avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 42 min nəfər və yaxud 13,2% çoxdur.

Bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, xarici turistlərin 111 min nəfərini Rusiyadan gələnlər təşkil edib. Bu, illik müqayisədə 9,3% çoxdur.

Son 1 ildə İrandan Azərbaycana səfər edənlərin sayı isə 82,2% artaraq 37 min nəfər çatıb.

Yüksək artım, həmçinin Gürcüstan vətəndaşları üçün də xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnləri sayı 68 min nəfər olub ki, bu da 20% artım deməkdir.

Türkiyə, Mərkəzi Asiya və Cənubi Asiyadan gələn qonaqların sayı müvafiq olaraq 13%, 50% və 11.2% artaraq 27 min, 14 min və 11 minə çatıb.

Yaxın Şərq bölgəsindəki ən böyük bazar yenə Səudiyyə Ərəbistanıdır. Buradan gələnlərin sayı 18,3% artaraq 23 minə çatıb.

2019-cü ilin yanvar-avqust aylarında isə Azərbaycana səfər edən xarici vətəndaşların sayı illik müqayisədə 8,3% artaraq 2,1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53%-i Rusiya (653 min nəfər) və Gürcüstan (472 min nəfər) vətəndaşlarının payına düşür.

Xüsusilə Gürcüstandan gələnlərin sayında 22,8% və yaxud 87 min artım müşahidə edilib.

Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40,4% və 38,1% artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)