ENA+

Tramp Con Boltonu vəzifəsindən azad edib

Prezident Donald Tramp xidmətlərinin artıq lazım olmadığını söyləyərək, Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.

ENA.az xəbər verir ki, ABŞ Prezidenti deyib: "Mən dünən axşam Con Boltona xidmətlərinin artıq Ağ Evdə lazım olmadığını bildirdim. Mən onun bir çox məsləhətləri ilə razılaşmırdım, həmçinin administirasiyadakı bir sıra şəxslər kimi. Buna görə Condan istefasını istədim və o da bu səhər istefasını verdi".

Tramp Con Boltona xidmətlərinə görə təşəkkür edib. 

Con Bolton Trampın açıqlamasından sonra, tvitter səhifəsində istefa təklifini ilk olaraq Trampa təqdim etdiyini, Trampın isə bu məsələ ilə bağlı “sabab danışarıq”, cavabını verdiyini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)