Neft bahalaşmaqda davam edir - SON QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,22 dollar və ya 0,39% bahalaşaraq 56,52 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,59 dollar və ya 0,97% artaraq 61,54 dollar təşkil edib.