Hadisə

Cahangir Hacıyevə hökm oxundu - 16 il 6 ay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digərlərinə hökm oxunub. 

ENA.az xəbər verir ki, hakim Faiq Qəniyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə C. Hacıyev 16 il 6 ay, D. Xəlilov 14 il 6 ay, İ.Hidayətzadə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib. 

Qeyd edək ki, öncəki iclasların birində dövlət ittihamçısı çıxış edərək C.Hacıyevin 17 il, D.Xəlilovun 15 il 9 ay, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadənin isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilməsini, mülki iddiaların təmin olunmasını istəyib.

Xatırladaq ki, birinci məhkəmə işində C.Hacıyev 15 il, D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi sabiq deputatın cəzasını 3 ay azaldıb. C.Hacıyev və D.Xəlilov həbsdə olarkən yenidən cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)