Bakıda bu ərazidə pulsuz “Wi-Fi” xidməti dayandırıldı - SƏBƏB
![](https://ena.az/uploads/news/2018-11/_businessinsider_6827281e4453baa0b36984367_o.jpg)
“Bakı telefon rabitəsi” MMC-nin pulsuz “Wi-Fi” xidməti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində müvəqqəti olaraq dayandırılıb.
Bu barədə MMC-dən məlumat verilib.
Agentliyin müsahibinin sözlərinə görə, xidmət bölgədə aparılan təmir işləri ilə əlaqədardır:
“Bu, elektrik xətlərindəki qüsurlarla bağlıdır. Təmir işləri başa çatdırılan kimi xidmət bərpa olunacaq”.