Bank

AKİA banklar üçün yeni qiymətləndirmə sistemi hazırlayıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi banklara yeni kredit qiymətləndirmə sistemi təklif edəcək. 

Məlumata görə, sistem Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqının (Aİ) dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Sistem aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.

Sentyabrın 5-də Bakı Biznes Mərkəzində beynəlxalq təşkilatların, nazirliklərin, kredit təşkilatlarının və fermer nümayəndələrinin iştirakı ilə yeni sistem təqdim olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department