Yaşamaq üçün dünyanın ən rahat şəhərləri açıqlandı – SİYAHI
2019-cu ilin ən komfort şəhəri kimi Vyana seçilib.
ENA.az xəbər verir ki, bu haqda “The Economist Intelligence Unit” (EIU) hesabatında deyilir. Qeyd edək ki, Avstriyanın paytaxtı iki ildir ki, bu siyahının lideri olaraq seçilir.
Şəhərlər dünyanın 140 şəhərini bu kimi kriteriyalar üzrə qiymətləndiriblər: sabitlik, ətraf mühit, səhiyyə, infrastruktur və təhsil. İlk iki kateqoriya daha vacib sayılır – onların hər biri üzrə maksimum qiymət 25 bal təşkil edir. Səhiyyə və infrastruktur 20, təhsil isə 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, maksimum qiymət 100 baldır.
Bu il Vyana 99,1 bal toplayıb. İkinci yerdə Avstraliyanın Melburn, üçüncü yerdə Sidney, dördüncü yerdə Yaponiyanın Osaka, beşinci yerdə isə Kanadanın Kalgari şəhəri tutub. Top 10-luğa həmçinin Vankuver, Toronto, Tokio, Kopenhagen və Adelaida daxil olmuşdur.
Paris 19-cü yerdən 25-ci yerə düşüb. Analitiklərin fikrincə, şəhərdə sabitlik göstəricisi aşağı səviyyəyə düşüb.
Yaşayış üçün komfort olmayan şəhərlərin lideri isə Dəməşq, Laqos (Nigeriya) və Dakku (Banqladeş).
Bu ilin avqustunda “The Economist Intelligence Unit” dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqini açıqlamışdı. Reytinqin liderləri Tokio, Sinqapur və Osaka şəhərləridir.