Persona

Dəyərli, yoxsa dəyərsiz vaxt?

Xəbərləri haradan oxuyursuz? Çox insan mənimlə razılaşar ki, qəzetlərdən xəbər oxuyanların sayıçox azdır. Artıq sosial şəbəkələrdən xəbərləri oxumaq, mediada baş verənləri izləmək hər birimizin həyat tərzidir. İstəsək də, istəməsək də sosial media getdikcə daha çox həyat vərdişimizəçevrilir. ABŞ-dakı“PEW” Araşdırma Mərkəzinə görə, amerikalıların 67%-i xəbərləri sosial mediadan izləyir. Maraqlısı budur ki, onların əsas xəbər mənbəyi Twitter-dir. Ümumilikdə isə xəbər mənbəyi kimi ən çox izlənilən sosial şəbəkə Facebook-dur.

“Hootsuite”in məlumatlarına görə, dünyada aktiv sosial şəbəkə istifadəçilərinin sayı 3,5 milyarddan çoxdur. Bu göstərici dünya əhalisinin 46%-ni təşkil edir və onların yarıdan çoxu Asiya və Sakit Okean regionlarında məskunlaşıb. Müasir dövrdə internetdən və sosial şəbəkələrdən istifadə gündən-günə artır. İnternetdə 1 dəqiqəərzində Youtube-da videolara 4,5 milyon dəfə baxılır, 1 milyon dəfə Facebook-a giriş edilir, 18 milyondan çox mətn göndərilir, Google-da 3,8 milyon dəfə axtarış edilir, Messenger və WhatsApp-da 41 milyondan çox mesaj göndərilir, 188 milyon elektron poçt göndərilir və bu nümunələri daha da artırmaq olar. Dünya üzrə internet iştifadəçiləri gün ərzində sosial şəbəkələrdə və mesaj platformalarında ortalama 2 saat 22 dəqiqə vaxt keçirirlər.

2018-ci ilin III rübünəəsasən, əvvəllər bir sıra ölkələrdə sosial şəbəkələrdən istifadəüzrə qeydə alınmış artım artıq stabilləşir. Belə ki, tədqiqat aparılmış 31 ölkədən 11-də sosial şəbəkələrdən istifadə müddəti, ya eyni qalmış, ya da əvvəlki göstəricilərə nisbətən azalmışdı. Lakin bəzi ölkələrdə sosial şəbəkələrdə keçirilən zaman üzrəəhəmiyyətli artım müşahidə olunub. Məsələn, hazırda Filippində adi internet istifadəçisi 2017-ci ildəki göstəricilərlə müqayisədə gün ərzində internetdə 11 dəqiqə daha çox zaman keçirir.

Həmçinin, BƏƏ və SəudiyyəƏrəbistanında da 2017-ci illə müqayisədə sosial şəbəkələrdə keçirilən vaxt göstəricisinin əhəmiyyətli dərəcədə artdığı və hələ də tədricən artmaqda davam etdiyi müşahidə olunur. Araşdırmaya görə, insan ömrünün ortalama 5 il 4 ayını sosial şəbəkələrdə keçirir. Müqayisəüçün deyək ki, bu müddət ərzində 32 dəfə Everest zirvəsini fəth etmək və ya eyni sayda Aya səyahət etmək olar. Əgər detallı nəzər salsaq, bu zamanın 1 il 10 ayı Youtube-da, 1 il 7 ayı Facebook-da, 1 il 2 ayı Snapchat-da, 8 ayı Instagram-da və cəmi 18 günü isə Twitter-də sərf olunur.

Sosial şəbəkələrdə 2012-ci ildə gün ərzində 1 saat 30 dəqiqə vaxt sərf olunurdusa, bu göstərici 2018-ci ildə 2 saat 22 dəqiqəyə bərabərdir. Qeyd edək ki, bu rəqəm 2017-ci illə müqayisədə 7 dəqiqə çoxdur. Yaş qrupları üzrə nəzər yetirdikdə 16-24 yaş arası insanlar burada daha çox vaxt keçirirlər: gün ərzində 3 saat 1 dəqiqə. Sosial şəbəkələrdə gün ərzindəən çox vaxt keçirən insanlar Cənubi Amerikada məskunlaşıblar: 3 saat 29 dəqiqə. Digital Information Word-un araşdırmasına görə sosial şəbəkələrdə keçirilən zaman aşağıdakı kimi qruplaşıb. Necə deyərlər, sosial medianın əsiri olmayın amma sosial mediasız da qalmayın.

 

Cavid Babayev

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)