Avqustda banklara dollar satışı 2 dəfə artıb: Neft Fondu bazardan manat alıb
Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin avqust ayı ərzində 815,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb. ENA.az xəbər verir ki, bu iyul ayı ilə müqayisədə valyuta satışının 2 dəfəyə yaxın artdığını göstərir.
Qeyd edək ki, 2019-cu ilin iyul ayı ərzində 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. İyun ayı ərzində isə 315,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Məlumat üçün xatırladaq ki, Mərkəzi Bank sədri Elman Rüstəmov avqustun əvvəlində keçirdiyi mətbuat konfransında Neft Fondunun hərraca çıxartdığı dolları tam sata bilmədiyini vurğulamışdı. Bu isə öz növbəsində Fondun büdcəyə manatda transfert etməli olduğu vəsaitin həcmində özünü göstərir.