Sabaha olan - HAVA PROQNOZU
Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "BI"yə açıqlamasında bildirib ki, noyabr ayının 3-4-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin Lənkəran-Astara zonasının bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şərq küləyinin üstünlüyü müşahidə olunacaq".
Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisidə havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir.
Gülşad Məmmədova qeyd edib ki, noyabr ayının 3-4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq: "Noyabr ayının 4-ü səhər saatlarında bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləkləri əsəcək. Havnın temperaturu isə 16-18 dərəcə arası dəyişəcək".