Vakansiyalar

Unibank işçi axtarır - VAKANSİYA

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Maliyyə və kredit /Bank
Vəzifə : Müştəri xidmətləri üzrə Mütəxəssis 
Müqavilə şərtləri: Daimi

Başlıca öhdəliklər və məsuliyyətlər

• Müştərilərin qarşılanması;
• Müştərilərin istəyinə uyğun olaraq onların istiqamətləndirilməsi;
• Bankın məhsulları haqqında müştəriləri məlumatlandırmaq;
• Müştərilərə bank hesablarının açılması və bağlanması;
• Hesablardan vəsaitlərin köçürülməsi;
• Əmanətlərin rəsmiləşdirilməsi;
• Plastik kartların sifariş edilməsi;
• Sürətli pul köçürmələri sistemləri ilə vəsaitlərin köçürülməsi;
• Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ bank xidmətlərinin göstərilməsi;
• Digər inzibati işlərin görülməsi.

Namizədin Profili

• Ali təhsil;
• Yaş həddi 20 – 25;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır); 
• Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
• MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar;
• Komandada işləmək bacarığı;
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq;
• Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Müştəri yönümlülük.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Müştəri xidmətləri üzrə Mütəxəssis) göstərməyiniz xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department