Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTO
İtaliya şirkəti yeni hiperkarını bu ilin yazında təqdim edib. Dörd mühərrikli "SF90 Stradale" modelini "Ferrari" markasının tarixi ərzində ən güclü avtomobilinə çevirib.
Kapotun altında 3.9 litr həcmli, V8 obrazlı mühərrik var. Aqreqat 780 at gücü hasil edir və səkkiz silindrli mühərriklər arasında ən güclüsü sayılır.
Benzinlə çalışan mühərrikə əlavə üç elektrik aqreqatı da qoşulub. Onlardan biri mühərriklə sürətlər qutusu arasında, digər ikisi isə ön təkərlərin ötürücülərində quraşdırılıb. Sürət qutusu səkkiz pilləlidir. Elektrik mühərrikləri ilə birlikdə aqreqat 1000 at gücü hasil edir.
"Ferrari SF90 Stradale" yerindən 100 km/saat sürəti 2.5, 200 km/saat sürəti isə 6.7 saniyəyə əldə edir. Hiperkarın maksimal sürəti 340 km/saatdır.
Yeni modelin satışları cari ilin ikinci yarısından sonra başlayacaq. Şirkətdən bildirilib ki, model sayı məhduddur. İtaliyada isə "Ferrari SF90 Stradale"nin start qiymətinin 430 min avro olacağı deyilir.