Paşa Bank üç ayda 45 milyon manat divident ödəyib
Paşa Bank” ASC aprel-iyun aylarında 45 milyon 232 milyon manat divident ödəyib. Nəticədə bankın bir neçə ildə toplanmış bölüşdürülməmiş mənfəəti azalıb.
ENA.az xəbər verir ki, bankın açıqladığı rəqəmlərə görə, 2019-cu il, birinci rübün sonunda 121 milyon 149 min manat bölüşdürülməmiş mənfəətə malik olub. 2019-cu il, 2-ci rübün sonuna isə bu rəqəm 91 milyon 939 min manata düşüb.
Bankın rəsmi auditoru Ernst & Young Holdings-ın hesabatına görə, Bank və onun törmə müəssisələri yəni Qrupun səhmdarları Paşa Holdinq Ltd (60%), Ador Ltd (30%), cənab Arif Paşayevdir (10%). 31 Dekabr 2018-ci il və 31 dekabr 2017-ci il tarixlərinə Qrupun yekun mülkiyyətçiləri Qrup üzrə birgə nəzarəti həyata keçirən xanım Leyla Əliyeva və xanım Arzu Əliyevadır.