Sığorta

Azərbaycanda yeni sığorta şirkəti yaradılacaq – RƏSMİ AÇIQLANDI

Azərbaycanda aqrar sığorta mexanizminin yaradılması işləri çərçivəsində aqrar sığorta prosesini həyata keçirən yeni sığorta şirkətinin yaradılması nəzərdə tutulur.
Bu barədə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev bildirib.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə ölkədə Aqrar Sığorta Fondu yaradılıb.

M.Əliyev bildirib ki, ölkədə Aqrar Sığorta Fondu vasitəsilə aqrar risklərin sığortalanması yeni yaradılacaq icraedici sığorta şirkəti vasitəsilə həyata keçiriləcək. Bu idarəedici şirkət Azərbaycanın özəl sığorta şirkətləri tərəfindən yaradılacaq. Özəl sığorta şirkətləri yeni yaradılmış şirkətin aqrar sığorta məhsullarını broker şirkəti kimi satacaqlar.

Amma bu riskləri öz yzərlərinə götürməyəcəklər, yəni sığorta agenti kimi fəaliyyət göstərəcək və sığorta haqqının müqabilində müəyyən faiz alacaqlar. Yeni şirkətin ilin sonunadək yaradılması və artıq gələn ilin əvvəlindən fəaliyyətə başlaması gözlənilir. Sığorta şirkətlərinin yeni yaradılacaq şirkətdə pay aylması icbari deyil, könüllü olacaq, amma deyilən vaxtadək şirkətdə pay almayanlar. Sonradan üzv şirkətin subbrokeri kimi çalışa biləcəklər (subagent mexanizminə oxşar formada).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)