Bank

Azərbaycanda 10 bankın nağd vəsaitləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il iyulun 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 12-də müsbət, 10-da isə mənfi dinamika müşahidə edilib.

ENA.az xəbər verir ki, nağd vəsaitləri azalmış banklar "Premium Bank", "Naxçıvan Bank", "AFB Bank", "Atabank", "Zıraat Bank Azərbaycan", "Yapı Kredi Bank Azərbaycan", "Günay Bank", "Amrah Bank", "Access Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Premium Bank"da (27,7%), ən çox azalma isə Pakistan bankında (67,5%) qeyd alınıb.

Qalan 12 bankın nağd vəsaitləri isə son 1 ildə artıb. Ən yüksək dinamika "NBC Bank"da (69,6%), ən aşağı dinamika isə "Kapital Bank"da (2,7%) qeydə alınıb.

Nağd vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)