Hadisə

"Mahmud Məmmədova o pullardan 1 manat da olsa verməmişəm”

Xəbər verdiyimiz kimi, “Günay Bank”ın keçmiş İdarə Heyəti sədrinin müavini Emin Zeynalov maliyyə fırıldağında ittiham olunur. “Marja” xəbər verir ki, bu gün haqqin.az saytında Emin Zeynalovun atasının yazdığı bildirilən müraciət və Emin Zeynalovun ərizəsi dərc edilib.

Müraciətin Zakir Zeynalova məxsus olduğuna inasaq, o, son künlər kütləvi informasiya vasitələrində “Günaybank” ASC ilə bağlı yazılara və cəmiyyət arasında gedən söz-söhbətlərə aydınlıq gətirmək istəyir.

“Bir ata kimi oğlum Emin Zeynalovun barəsində artıq neçə aylardır ki, gedən istintaq prosesi məni çox sarsıdır və sağlamlıq durumuma böyük təsir edir. Bütün bu zaman keçirdiyim dərin əsəb gərginliyi, pisxoloji vəziyyətim və bu müddətdə bəzi media orqanlarının şişirdilmiş “improvizasiyaları”, o cümlədən mənə verilən yalan informasiyalar məni affekt halında şikayət ərizələri yazmağa vadar etdi. Ancaq axır günlərdə mən görürəm ki, bu hallardan artıq çox sui-istifadə olunur. Bu hadisə həm mənim şəxsiyyətimə, həmçinin “Günay Bank” ASC-nin imicinə xələl gətirir. Bildirirəm ki, oğlum Emin Zeynalovun işi üzrə yekun qiymət hüquq-mühafizə orqanları tərəfindən veriləcək. Son olaraq demək istəyirəm ki, mənim “Günay Bank” ASC və onun rəhbərliyinə qarşı heç bir şikayət və narazılığım yoxdur. “Günay Bank” ASC-nin kollektivinə gələcək işlərində uğurlar arzulayıram”.

Həmçinin saytda Emin Zeynalovun ərizəsinin sürəti də yerləşdirilib. Ərizədə Emin Zeynalov qeyd edib ki, o cammatdan aldığı pullardan “GünayBank” ASC-nin Müşahidə Şurasının sədri Mahmud Məmmədova verməyib:

“Məm Emin Zakir oğlu Zeynalov cammatdan aldığım puldan bank üçün xərcləməmişəm, banka verməmişəm, Bankda işlətməmişəm. Mahmud Məmmədova o pullardan 1 manat da olsa verməmişəm”

Haqqın.az saytında dərc olunmuş məqaləyə görə, Zakir Zeynalov saytın  redaksiyasına gələrək "Oğlum günahkardır" deyib.

Qeyd edək ki, Emin Zeynalovun bir neçə maliyyə dələduzluğu etdiyi bildirilir. Məsələn, bir iddiaya görə, Emin Zeynalov  atasının tikinti biznesi ilə məşğul olduğunu bildirərək  öz iş yoldaşının 144 min dollarını mənimsəyib.

 

Emin Zeynalov hazırda həbsdədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)