“Ryanair” avia şirkəti artıq Gürcüstanda – “Tbilisi-Milan” cəmi 19.99 avroya
“Ryanair” avia şirkəti artıq Gürcüstanda fəaliyyətə başlayır.
ENA.az Gürcüstanın “24News” saytına istinadən xəbər verir ki, “Ryanait” avia-kompaniyası noyabr ayından etibarən Gürcüstan istiqamətində uçuşlara başlayacaq.
Bildirilib ki, “Tbilisi-Milan” biletinin qiyməti də məlum olub. Sərnişinlər sadəcə 19,99 avro ödəyərək hava nəqliyyatından istifadə edə biləcəklər.
Məlumata əsasən “Ryaner” vasitəsiylə Tbilisidən sadəcə Milana, Kutaisi aeroportundan isə İtaliyanın Boloniya və Fransanın Marsel şəhərlərinə uçuşlar həyata keçiriləcək.
Qeyd edək ki, “Ryanair” avia kompaniyası dünyada ən ucuz hava uçuşları həyata keçirən şirkətlərədən biridir.