ENA+

ABŞ “Huawei”in fəaliyyət lisenziyasının müddətini uzatdı

ABŞ hökuməti Huawei ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş lisenziya müddətinin uzadıldığını elan etdi. Yeni lisenziya müddəti çərçivəsində Huawei öz smartfonlarının və digər elektron cihazlarının istehsalı üçün ABŞ şirkətlərindən məhsulları ala biləcək. Bu barədə Gizchina saytı xəbər verib. May ayında təqdim edilmiş lisenziya 90 gün üçün nəzərdə tutulmuşdu və dünən həmin lisenziyanın müddəti bitmişdi. Lakin ABŞ hökuməti əməkdaşlıq üçün lisenziyanı 19 noyabr tarixinə kimi uzadıb.

Bu müddət ərzində şirkət ABŞ təmsilçilərindən lazımi komponentləri ala biləcək. Bura həmçinin Qualcommşirkəti də daxildir. Bununla belə ABŞ şirkətləri Huawei-yə öz məhsullarını satmaq üçün hələ də hökumətdən xüsusi icazə lisenziyasını əldə etməlidirlər. ABŞ-ın ticarət naziri olan Wilbur Ross bildirib ki, lisenziya müddətinin uzadılması isə öz növbəsində Huawei təchizat probleminin həll olunması yolunda ABŞ şirkətləri üçün yaxşı fürsətdir.

“Biz, ABŞ-ın telekommunikasiya şirkətlərinə daha 90 gün vaxt veririk. Əsasən kənd ərazilərində fəaliyyət göstərən şirkətlər Huawei təchizatından asılı vəziyyətdədirlər. Bu səbəbdən biz əlavə vaxt veririk” – deyə nazir bildirib. Huawei şirkəti isə bildirib ki, ABŞ hökumətinin bu qərarı onun biznesinə heç bir təsir göstərməyəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)