Bank

“Expressbank”da yeni təyinat

“Expressbank” ASC-nin Biznesin İnkişafı Departamentinə yeni rəhbər təyin edilib. Bu vəzifə Mehriban Ocaqquliyevaya həvalə olunub.

ENA.az xəbər verir ki, Mehriban Ocaqquliyeva daha əvvəl “Expressbank”da 9 il çalışmış və Biznesin İnkişafı Departamentinin rəhbəri olmuşdu. Onun ümumilikdə bank sahəsində 15 illik təcrübəsi var. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsindən məzunudur

Xatırladaq ki, daha əvvəl Expressbank-da Müştəri Xidmətləri Departamentinin direktoru, Risklərin İdarə Edilməsi Departamentinin direktor müavini, Nərimanov filialının müdiri, Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışıb. Mehriban Ocaqquliyeva bankdakı yeni vəzifəsinin icrasına 2019-cu ilin avqustundan başlayıb

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)