Bank

Azərbaycanda 12 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-si bu ilin yanvar-iyun aylarında xüsusi ehtiyatlara vəsait ayırmayıb.

ENA.az xəbər verir ki, bunlar "Turan Bank", "Bank BTB", "Azər-Türk Bank", "Express Bank", "NBC Bank", "Premium Bank", "Atabank", "AGBank", "Bank VTB Azərbaycan", "Unibank", "Bank of Baku" və "Azərbaycan Beynəlxalq Bankı"dır (ABB). Bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə müxtəlif məbləğlərdə qənaət ediblər. Qənaətin ən aşağı həddi "Turan Bank"da (65 min manat), ən yüksək həddi isə ABB-də (136,297 milyon manat) qeydə alınıb.

Qalan 18 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Bu baxından ən aşağı göstərici Pakistan Milli Bankının Bakı filialında (11 min manat), ən yüksək göstərici isə "Access Bank"da (102,249 milyon manat) qeydə alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)