Gürcüstanda dollar yenidən bahalaşıb
Gürcüstan milli valyutası lari yenidən dollar qarşısında ucuzlaşıb.
ENA.az xəbər verir ki, Gürcüstan Milli Bankının avqustun 17-si üçün müəyyən etdiyi rəsmi məzənnəyə əsasən 1 dollar 2.9232 lari olaraq müəyyənləşdirilib. Bu gün isə 1 dolların rəsmi məzənnəsi 2.9182 lari təşkil edib. Dolların Gürcüstan milli valyutasına nisbətdə dəyişməsi 0,0050 lari olub.
Lari avro qarşısında da dəyərini itirib. Milli Bankın müəyyən etdiyi məzənnəyə əsasən avqustun 17-də 1 avro 3.2555 lari təşkil edəcək. Bu gün isə 1 avronun rəsmi məzənnəsi 3.2395 lari olub.