Vakansiyalar

Bank Respublika işçi axtarır - VAKANSİYA

Bank Respublika ASC “İnformasiya təhlükəsizliyi departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Mövcud “NGF Firewall”-ların administrasiyası;
• “Web Application Firewall”-un administrasiyası;
• Yeni və mövcud “Web Application”-ların təhlükəsizlik təhlili;
• RADIUS və TACAS və serverlərin administrasiyası;
• Şəbəkə, serverlər və proqram təminatlarının zəifliklərinin aşkar edilməsi (vulnerability scanning);
• İPS sistemlərinin administrasiyası;
• 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi;
• Email təhlükəsizliyi sisteminin administrasiyası;
• Şəbəkə və “application” üzrə monitorinq sistemlərinin administrasiyası; 
• VPN rabitəsinin qurulması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla) Rus və İngilis dili (yaxşı);
• Veb təhlükəsizlik (Web Application Firewall), AAA, RADIUS, TACACS+, Yeni nəsil “Firewall”-lar (NGFW), Antivirus, Anti-Malware sistemləri, Vulnerability scanning, Penetration testing, Müdaxilələrin qarşısının alınması sistemləri (IPS), 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi, E-mail təhlükəsizliyi sistemləri, Monitorinq sistemləri, VPN texnologiyaları üzrə bilik və səriştələr;
• İnformasiya təhlükəsizliyi üzrə standartlar haqqında biliklər (ISO/IEG 27001, NIST, PCI-DSS).

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnformasiya təhlükəsizliyi departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department