Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,74 dollar və ya 1,36% bahalaşaraq 55,21 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,63 dollar və ya 1,08% artaraq 58,86 dollar təşkil edib.