ENA+

“Neftin Çin oyunu”: Əlavə gömrük vergisi təxirə salındı

ABŞ Ticarət Nümayəndəliyi "tibbi və bəzi digər faktorlar" səbəbilə bəzi Çin məhsullarına əlavə gömrük vergilərinin  tətbiqini 15 dekabra qədər təxirə salınacağını açıqlayıb.
 
ENA.az xəbər verir ki, açıqlamada kompüter (noutbuk), oyuncaq, video oyun konsolları, ayaqqabı, geyim məhsulları və mobil telefon kimi bəzi məhsullara əlavə vergi tətbiqinin təxirə salınacağı qeyd edilib.
 Açıqlamadan sonrası birjalar yüksəlib, neft bahalaşıb və Brent neftinin qiyməti yenidən 60 dolları keçib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə həftə əvvəl 300 milyard dollar dəyərində Çin məhsullarına 1 Sentyabrdan etibarən 10%-lik əlavə gömrük vergisi tətbiq ediləcəyini bildirmişdi.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department