Birja

Tramp vəziyyətdən razıdır: Pul vahidləri “atəş” altındadır, ABŞ-a pul axır

ABŞ Prezidenti Donald Tramp sosial media yolu ilə ABŞ Mərkəzi Bankını (Fed) tənqid etməkdə davam edir. ENA.az bloomberg-ə istinadən xəbər verir ki, Tramp Fed-in faizlərdə daha sürətli və daha böyük endirim etməsinin vacib olduğunu bildirib.

Tramp, sosial mediadakı statusunda "Daha 3 ölkə faiz endiriminə getdi. Bizim problemimiz Çin deyil. Çin minlərlə şirkətini digər ölkələrə uduzur və pul vahidləri “atəş” altındadır. Biz hər zamankından daha güclü vəziyyətdəyik, ABŞ-a pul axır. Bizim problemimiz Fed-dir. Daha çox faiz endirməlidir və gülünc sərt pul siyasətini dərhal dayandırmalıdır. Biz hər vəziyyətdə qazanacağıq, amma Fed digər ölkələrlə rəqabətdə olduğumuzu anlaya bilsəydi daha asan olardı",- söyləyib.
 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)