Birja

Azərbaycanda daha bir şirkətin səhmləri kütləvi satışa çıxarılacaq

Bu ilin 3-cü rübündə Azərbaycanda daha bir yeni kütləvi səhm buraxılışı olacaq.

ENA.az xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq komandasının böyük məsləhətçisi Fərhad Mansurov bildirib. 

O, şirkətin adını çəkməsə də proseslərin uğurla davam etdirdiyini vurğulayıb. 

Onun sözlərinə görə,  kapital bazarlarında əsas iştirakçılar maliyyə sektorudur. Əsasən istiqrazlar tədavülə buraxılır. Daha bir səhm buraxılışının olması bu seqmenti daha da inkişaf etdirəcək. 

Qeyd edək ki, ölkəmizfə ilk kütləvi səhm satışı Azərbaycan Beynəlxalq Bankında olub. Özəlləşmə ilə bağlı siyahıda əlavə olaraq Azercell, Azərbaycan Dəmiryolları İdarəsi, ASCO və digər şirkətlərin də adları var. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)