Sosial iqtisadiyyat

Külək nə vaxta kimi davam edəcək?

“Güclü küləyin olacağı ilə bağlı məlumat avqustun 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bütün əlaqədar təşkilatlara xəbərdarlıqlar göndərilib”. 

Bu sözləri ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva  açıqlamasında deyib. Bildirib ki, küləyin maksimal sürəti bu gün müşahidə olunacaq:

“Bu, gözlənilən bir külək idi. Saat 11:00-da küləyin maksimal sürəti 24-28 m/s arası idi, saat 12:00-a olan məlumata görə, külək artıq 30 m/s, bəzi ərazilərdə 34 m/s-ə kimi güclənib. 

Ümumiyyətlə küləkli hava şəraiti yaxın 2 gün ərzində davam edəcək. Yəni, ayın 8-ə kimi şimal küləyi üstünlük təşkil edəcək. Sərin hava şəraiti müşahidə olunacaq. 

6-7 avqust tarixlərində isə küləyin sürəti azalacaq. 13-18 m/s və arabir 21 m/s təşkil edəcək”.

U. Tağıyevanın sözlərinə görə, hazırda dalğanın hündürlüyü açıq dənizdə 2,5 metrdir:

“Gün ərzində davam edən güclü küləklə əlaqədar açıq dənizdə dalğanın hündürlüyü 6-8 metr arası inkişaf edəcək. 

Belə güclü küləyin müşahidə olunduğu hava şəraitində əhali bir qədər diqqətli olmalıdır. Tikinti aparılan yerlərdən keçmək, maşınları ağacların altında saxlamaq, dənizdə çimmək məsləhət görülmür”

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)