Sosial iqtisadiyyat

"ASAN xidmət" mərkəzinə yeni direktor təyin olunub

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı "ASAN xidmət" mərkəzinə yeni direktor təyin olunub.

ENA.az xəbər verir ki, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Xətai Sevindik oğlu Hətəmov 3 saylı "ASAN xidmət" mərkəzinin direktoru təyin edilib. 

O, bu təyinata qədər həmin mərkəzin direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda 2018-ci ilin may ayından 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktoru vəzifəsini icra edib. 

Qeyd edək ki, X.Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğludur. Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə "ASAN xidmət" işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.  

Xatırladaq ki, 2018-ci ilin may ayında 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru Seymur Mövlayev işdən çıxıb. O, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin sədri təyin edilib. S.Mövlayev 2019-cu ilin yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) sədr təyin olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department